Azərbaycanın fövqəladə hallar naziri ABŞ Daxili Təhlükəsizlik Departamenti katibinin köməkçisini qəbul edib

Posted by

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Daxili Təhlükəsizlik Departamenti katibinin Beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersinini qəbul edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb.

Öz növbəsində, qonaq hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Apa.az