Azərbaycanın dövlət proqramlarının məqsədi iqtisadiyyatın yüksək inkişaf templərinin saxlanılmasıdır

Posted by

Azərbaycanın dövlət proqramlarının məqsədi iqtisadiyyatın yüksək inkişaf templərinin saxlanılmasıdır

 

Azərbaycanın dövlət proqramlarının məqsədi iqtisadiyyatın yüksək inkişaf templərinin saxlanılmasıdır

Azərbaycanın dövlət proqramlarının məqsədi iqtisadiyyatın yüksək inkişaf templərinin saxlanılmasıdır

 

Trend-in Analitik Mərkəzinin rəhbəri Ellada Xankişiyeva

“Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bir ay əvvəl uğurla başa çatdı.

Bu proqramdan əvvəl 2003-2008-ci illəri əhatə edən dövlət proqramı da öz vaxtında ölkə regionlarının sürətli inkişafı üçün şərait yaratdı.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışında deyib: “Regionların, qeyri-neft sektorunun inkişafı, sahibkarlara dəstəyin verilməsi, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətləridir”.

Konfransda son 10 ildə həyata keçirilmiş Azərbaycanın sosial-iqtisadi inkişafı dövlət proqramlarının nəticələri müzakirə edilib və növbəti dəfə dövlət qarşısında duran vəzifələrin təhlili aparılıb.

Konfransda qeyd edilib ki, son 10 ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı isə 1,5 dəfə artıb. Ölkədə 1 milyon 200 min iş yeri açılıb, bunlardan 900 mini daimi iş yeridir. Yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,3 faizədək azaldılıb. İşsizlik 5 faiz təşkil edir.

Dövlət başçısı bu göstəriciləri yaxşı nəticələr və Azərbaycanın hazırkı dinamik inkişafının bariz təsdiqi kimi qiymətləndirib ki, bu da dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir.

Ölkənin sabit və davamlı inkişafının zəruriliyi qarşıya yeni məqsədlər qoyur ki, bu da mövcud 3 illik proqramda öz əksini tapıb. Məlum olduğu kimi, yanvarda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Azərbaycanda dövlət proqramlarının bir özəlliyini qeyd edək. Dövlət proqramları əsasında ölkədə aparılan tədbirlər səmərəli nəticələr verir. Buna görə də Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə yeni dövlət proqramı imzalandığı andan, necə dəyərlər, uğur qazanmağa məhkum olub.

Son 10 ildə iki dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində məşğulluqda özəl sektorun xüsusi çəkisi 68-dən 74 faizədək, vergi daxilolmalarında 42-dən 72,5 faizədək artıb və sahibkarlıq obyektlərinin sayı 2,5 dəfə çoxalıb ki, bu da ölkə ÜDM-də özəl sektorun payının 80 faizi ötməsinə gətirib çıxarıb.

Azərbaycan regionlarının inkişafı üzrə yeni dövlət proqramının məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi və onun dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin artırılmasıdır.

Bu məqsədlərə çatmaq üçün əsas vəzifələr Azərbaycan regionlarının mövcud potensialından səmərəli istifadə etməklə kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı, bu işdə sahibkarlara dəstək, yoxsulluq probleminin həlli, həmçinin iqtisadi baxımdan ölkənin hərtərəfli inkişafıdır.

 

Trend.az