Azərbaycanla Küveyt İKT sahəsində Texniki Qrup yaratmağı planlaşdırır

Posted by

Azərbaycanla Küveyt İKT sahəsində Texniki Qrup yaratmağı planlaşdırırAzərbaycanla Küveyt İKT sahəsində Texniki Qrup yaratmağı planlaşdırır

Azərbaycanla Küveyt İKT sahəsində Texniki Qrup yaratmağı planlaşdırır

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iki ölkə arasında səmimi dostluq təməli üzərində qurulan əlaqələrdən söz açan Ə. Abbasov xüsusən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. Küveytin bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını bildirən nazir daha sonra qonaqları rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri ilə tanış edib və gələcək əməkdaşlıq perspektivlərindən danışıb.

 

Küveyt dövlətinin ölkəmizlə intensiv əlaqələrin qurulmasına xüsusi önəm verdiyini deyən küveytli nazir də Azərbaycan-Küveyt münasibətlərinin xalqlarımızın mənafeyinə uyğun dostluq və əməkdaşlıq zəminində inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğulayıb.

 

Ölkəsinin İKT sahəsində strategiyası və bu sahədə aparılan dövlət siyasəti haqda da ətraflı söhbət açan qonaq əlaqələrin inkişafı baxımından Azərbaycanla Küveyt arasında Texniki Qrupun yaradılması və İKT sektorunda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması fikrini irəli sürüb.

 

Münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini də vurğulayan küveytli nazir “Bakutel” sərgisinə maraq göstərdiklərini qeyd edərək, sayca 20-ci telekommunikasiya sərgisində Küveytin İKT şirkətlərinin təmsil olunması istəyini bildirib və digər maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

 

Apa.az