Azərbaycanlı alimlərin işinin nəticəsindən Rusiyada istifadə olunacaq

Posted by

Azərbaycanlı alimlərin işinin nəticəsindən Rusiyada istifadə olunacaqAzərbaycanlı alimlərin işinin nəticəsindən Rusiyada istifadə olunacaq

Azərbaycanlı alimlərin işinin nəticəsindən Rusiyada istifadə olunacaq

Rusiyanın Saxa Respublikasında (Yakutiya) çəkiləcək neft kəmərinin seysmik təhlükəsizliyinin təmini üçün proqnozlaşdırma sisteminin qurulması işində azərbaycanlı alimlərin apardığı işlərin nəticəsindən istifadə ediləcək. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev deyib.

 

Onun sözlərinə görə, Rusiyanın Sankt-Peterburq Arktik Akademiyası Yakutiyada çəkiləcək neft kəmərinin seysmik təhlükəsizliyini təmin etmək üçün institutunun apardığı işlərin nəticəsindən yararlanmağı nəzərdə tutur. Bu təşəbbüs Rusiya alimləri tərəfindən irəli sürülüb.

 

Hazırda bu layihə ilə bağlı müzakirələrin davam etdiyini deyən T.Əliyev qeyd edib ki, Türkiyədə də Azərbaycan təcrübəsi əsasında anomal seysmik proseslərin (ASP) başlanmasını 15-20 saat əvvəldən aşkarlamağa imkan verən bir neçə stansiyanın quraşdırılması nəzərdə tutulur. Bu stansiyalar İstanbul, İzmir və Vanda azərbaycanlı alimlərin bu istiqamətdə gördüyü işlərin nəticələri əsasında quraşdırılacaq.

 

T.Əliyev bildirib ki, bu yaxınlarda Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anomal seysmik proseslərin başlanmasını 15-20 saat əvvəldən aşkarlamağa imkan verən daha bir stansiya istifadəyə verilib. Bununla da ölkə ərazisindəki belə stansiyaların sayı 10-a çatıb.

 

Trend.az