Azərbaycandan Serbiyada təbii fəlakətdən zərər çəkmiş insanlara göndərilən humanitar yardım bu ölkənin aidiyyəti qurumlarına təhvil verilmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən Serbiyada təbii fəlakətdən zərər çəkmiş insanlara göndərilən humanitar yardım Belqrad hava limanında bu ölkənin aidiyyəti qurumlarına təhvil verilmişdir.

Bu humanitar yardım yükünün qəbulunda Serbiyanın birinci xanımı Draqitsa Nikoliç, Baş nazirin müavini, dövlət idarəçiliyi və yerli özünüidarəetmə naziri Kori Udoviçki, Prezidentin müşaviri Yasmina Mitroviç-Mariç, Belqrad şəhər merinin müavinləri İrena Vuyoviç və Qoran Veşiç, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Draqitsa Nikoliç Azərbaycan-Serbiya strateji tərəfdaşlığına sözdə deyil, əməldə verilən bu dəstəyin dost serb xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulamışdır. Diqqətə çatdırmışdır ki, bu dəstək iki dost xalq arasında uzun illər səmimi münasibətlərin təzahürü kimi yadda qalacaqdır.

Kori Udoviçki Azərbaycan tərəfdən Serbiyaya məhz ehtiyac duyulan avadanlıq və ləvazimatların göndərildiyini bildirmişdir.

Səfirliyin müşaviri Anar Əcəmov vurğulamışdır ki, qardaş serb xalqına göndərilən bu humanitar yardım Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın sülh və yardımsevər olmasının növbəti göstəricisidir.

Serbiyanın nüfuzlu iş adamı, Serbiya-Azərbaycan Ticarət Palatasının sədr müavini Draqan Vuyoviç və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə Serbiyanın belə ağır günlərində Azərbaycan xalqının, Prezident İlham Əliyevin bu ölkəyə və serb xalqına göstərdiyi dəstəyi yüksək qiymətləndirmiş, əsl dostun dar gündə tanındığını bildirmiş və minnətdarlıqlarını ifadə etmişlər.

Sonra Azərbaycan dövləti adından gətirilən humanitar yükün tərkibi barədə məlumat verilmişdir.

AzərTac.az