Azərbaycandan olan QHT rəhbərləri Almaniya Prezidenti ilə görüşüblər

Posted by

Azərbaycandan olan QHT rəhbərləri Almaniya Prezidenti ilə görüşüblərAzərbaycandan olan QHT rəhbərləri Almaniya Prezidenti ilə görüşüblər

Azərbaycandan olan QHT rəhbərləri Almaniya Prezidenti ilə görüşüblər

Almaniya Federativ Respublikasının Prezidenti Yoahim Qauk vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş təşkil edib.

Trend-in məlumatına görə, hazırda Almaniyada işgüzar səfərdə olan “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli AFR-in dövlət başçısının təşkil etdiyi bu tədbirdə iştirak ediblər.

 

Tədbir çərçivəsində Almaniyanın Prezidenti Yoahim Qauka və ölkənin birinci xanımı Daniela Şadta Azərbaycanın milli xalçası, Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən kitablar, muğamlarımızdan və xalq mahnılarımızdan ibarət disklər hədiyyə olunub.

 

Görüş zamanı Ceyhun Ələkbərov ölkə Prezidentinə və onun xanımına rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Trend.az