Azərbaycanda zəlzələ ilə bağlı beynəlxalq laboratoriya yaradılacaq

Posted by

Azərbaycanda zəlzələ ilə bağlı beynəlxalq laboratoriya yaradılacaqAzərbaycanda zəlzələ ilə bağlı beynəlxalq laboratoriya yaradılacaq

Azərbaycanda zəlzələ ilə bağlı beynəlxalq laboratoriya yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyası yaradılacaq.

 

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) ABŞ-ın Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamentinin birgə əməkdaşlığından danışan AMEA Yer Elmlər Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığı strukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində aparılmış tədqiqatlar haqqında məlumat verib. O bildirib ki, Yer təkinin dərinlik quruluşunu tədqiq edərkən tətbiq olunan seysmik tomoqrafiya üsulu, həcmi dalğaların zəlzələlərdən gəlmə vaxtının məlumatları əsasında, qabığın və mantiyanın strukturu və fiziki xüsusiyyətləri barədə müstəqil məlumat almağa imkan verir. Onun sözlərinə görə, həmçinin, geoloji və geofiziki tədqiqatların məlumatları ilə birlikdə tomoqrafik model kompleks geoloji-geofiziki modellərin qurulmasında istifadə oluna bilər.

 

Qeyd olunan istiqamətdə kompleks tədqiqatlar aparan beynəlxalq laboratoriyanın yaradılmasının elmi və praktik cəhətdən vacib olduğunu nəzərə alan Rəyasət Heyəti RSXM və Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edib.

 

İclasda Azərbaycanda informatika elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, akademik Arif Mehdiyev AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.

 

 

Apa.az