Azərbaycanda yaşayış binaları və obyektlərdə ekoloji qiymətləndirmə aparılacaq

Posted by

Azərbaycanda yaşayış binaları və obyektlərdə ekoloji qiymətləndirmə aparılacaq

Azərbaycanda yaşayış binaları və obyektlərdə ekoloji qiymətləndirmə aparılacaq

Azərbaycanda yaşayış binaları və obyektlərdə ekoloji qiymətləndirmə aparılacaq

Martın 15-dən Azərbaycanda daşınmaz əmlak obyektlərində (bina, obyekt və s.) ekoloji qiymətləndirmə aparılmasına başlanacaq.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında bildirib ki, bu, Dövlət Komitəsinin bu gün təsdiqlədiyi “Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartında əksini tapıb.

 

Onun sözlərinə görə, daşınmaz əmlak obyektlərinin tikintisi zamanı infrastruktur elə qurulmalıdır ki, atmosfer və torpağa atılan tullantıların miqdarı minimum olsun: “Standartda müəyyənləşdirilmiş minimal ekoloji tələblərə uyğun olaraq tiklilərdə ekoloji qiymətləndirmə aparılaraq ekoloji ziyanın həcmi ölçüləcək. Qiymətləndirmə aparıldıqdan sonra daşınmaz əmlak obyektləri ilə bağlı müəyyən qurumlara təkliflər təqdim olunacaq. Daşınmaz əmlak obyektlərinin minimum ekoloji tələblərə uyğunluğunun qiymətləndirilməsi normativ layihələr və ya hazır binanın göstəricilərinin minimum tələblərlə birbaşa müqayisəsi əsasında aparılacaq. Tutaq ki, qiymətləndirmə zamanı müəyyənləşdiriləcək ki, binadan ekologiyaya atılan tullantı standarta uyğun deyil və ekologiyaya ziyanın minimuma endirilməsi üçün təkliflər veriləcək”.

 

F.Talıblı minimal ekoloji tələblər sırasında yaşıllaşdırmanın da yer aldığını qeyd edib: “Yaşıllaşdırılmış həyətyanı ərazinin sahəsinin ümumi həyətyanı ərazinin sahəsinə nisbəti 10-20 faiz olmalı, minimal ekoloji tələblərə məcburi riayət edilməlidir”.

 

Qeyd edək ki, “Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartı daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə kriteriyalarını, indiqatorları, tövsiyə edilən göstəriciləri və minimal ekoloji tələbləri təyin edir. Eyni zamanda standart daşınmaz əmlak obyektlərinə, binalara və tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil edilir. Normativ sənəddə daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərin strukturu, ekoloji tələblərin baza kateqoriyaları və kriteriyaları, daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsi metodları və digər informasiyalar mövcuddur.

 

Apa.az