Azərbaycanda xüsusi pilotsuz təyyarələrdən istifadə olunacaq

Posted by

Azərbaycanda xüsusi pilotsuz təyyarələrdən istifadə olunacaq

Azərbaycanda xüsusi pilotsuz təyyarələrdən istifadə olunacaq

Azərbaycanda xüsusi pilotsuz təyyarələrdən istifadə olunacaq

Azərbaycanda geoməkan məlumatların toplanılması üçün xüsusi pilotsuz təyyarələrdən istifadə olunması nəzərdə tutulur. Bununla bağlı İsveçrənin Cenevrə şəhərində Dünya Geoməkan Forumu çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) müvafiq şirkətlərlə danışıqlar aparıb.

 

Bunu “APA-Economics”ə DTXK-nın Geoməkan ve informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev bildirib.

 

Şöbə müdiri deyib ki, geoməkan texnologiyaları hazırda sürətlə inkişaf edən sahələrdən biridir: “İstifadə etdiyimiz informasiyanın 80%-ı məkana bağlı informasiyadır. Ona görə də ümumiyyətlə, informasiya texnologiyaları sahəsində işləyən insanlar bu günə qədər istifadə olunan sistemlərdə məkana bağlı hissəsinin analizi, saxlanılması, ötürülməsi və s belə məsələlərə xüsusi önəm vermirdilər. İndi istənilən smartfon, planşet kompüter əlinizə alarkən birinci verilən sual ondan ibarətdir ki, sizin məkan məlumatlarınızdan istifadə etmək olarmı? O baxımdan bu məsələlər böyük aktuallıq təşkil edir. “Geospatial Media and Communication”ının təşkilatçılıq etdiyi forum çərçivəsində geoməkan texnologiyaları sahəsində ixtisaslaşan şirkətlər il ərzində istehsal etdikləri məhsul və texnologiyaları təqdim edir, o cümlədən öz patentlərini digər şirkətlərlə bölüşürlər”.

 

C. Abdullayev bildirib ki, geoməkan məlumatlarının toplanması ilə bağlı indi yeni texnologiyalar mövcuddur. Bununla bağlı danışıqlar aparılıb, hazırda texnoloji razılaşdırmalar gedir.

 

“İndiyə qədər çəkilişlər, fotoplanların hazırlanması və digər məsələlər üçün Yerin zondlanma peyklərindən alınırdı. Müasir texnologiyalar belədir ki, kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparılır. Bundan sonra xüsusi proqram təminatı onu lazım olan formata gətirir və onun üzərində artıq iş görmək, hər cür elektron xəritələr yaratmaq mümkündür. Bunlardan əldə etmək və istifadə etmək gündəmdə olan məsələlərdən biridir”, – deyə C. Abdullayev qeyd edib.

 

Lakin C. Abdullayev qeyd edib ki, bu texnologiyanın ölkədə tətbiqi üçün bir çox məsələlər nəzər alınmalıdır. Belə ki, Azərbaycanda güclü külək, rütubət kimi amillər vardır ki, bu aparatlar onlara dözümlü olmalıdır.

 

Apa.az