Azərbaycanda verilən elektron imzaların sayı 27 mini ötüb

Posted by

Azərbaycanda verilən elektron imzaların sayı 27 mini ötübAzərbaycanda verilən elektron imzaların sayı 27 mini ötüb

Azərbaycanda verilən elektron imzaların sayı 27 mini ötüb

Azərbaycanda noyabr ayının 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 27 536 ədəd olub.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin dekabr buraxılışında əksini tapıb.

 

Dövlət qurumlarına 16 616 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4 528 ədədə çatıb. Vətəndaşlar isə 6 392 sertifikat əldə ediblər.

 

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

 

 

Apa.az