Azərbaycanda vergi ödəyicilərinə xidmət strukturlarına xüsusi nəqliyyat vasitələri ayrılıb

Posted by

Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin istehlakçılarına daha da yaxınlaşdırılması, onların insanlar üçün daha rahat və əlçatan olmasının təmin edilməsi, xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi, vergi təbliğatının ünvanlı şəkildə aparılması məqsədilə xüsusi nəqliyyat vasitələri alınmış və onların üzərində Vergilər Nazirliyinin atributları (nazirliyin adı, loqosu, internet saytının rəsmi ünvanı) habelə “195 Çağrı Mərkəzi” sözləri yerləşdirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, avtomobillərdən bilavasitə vergi ödəyicilərinə xidmətlərin göstərilməsi sahəsində, o cümlədən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə, “vergi xidməti günləri”ndə, məktəblərdə şagird və tələbələrlə, eləcə də “Vergi dostları” layihəsinin iştirakçıları ilə keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə istifadə olunacaq.

Bu avtomobillərdən istifadə olunması xidmət mərkəzlərində vətəndaşlardan və vergi ödəyicilərindən kağız daşıyıcılarında qəbul edilmiş sənədlərin vaxtında icra olunması üçün vergi orqanına və əks istiqamətdə daha operativ qaydada çatdırılmasına da imkan verəcək.

Trend.az