Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti SMS-bildirişlər vasitəsilə gücləndirilir

Posted by

Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti SMS-bildirişlər vasitəsilə gücləndirilir

Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti SMS-bildirişlər vasitəsilə gücləndirilirAzərbaycanda valideynlərin övladları üzərində nəzarəti SMS-bildirişlər vasitəsilə gücləndirilir

“Elektron gündəlik” (e-gündəlik) layihəsi çərçivəsində şagirdlərin təhsili barədə valideynlərin SMS-bildirişlər vasitəsilə məlumatlandırılması xidməti “Elektron məktəb” (e-məktəb) layihəsinə daxil olan bütün ümumtəhsil məktəblərini əhatə edəcək. Bu barədə Trend-ə “Ultra” şirkətindən məlumat verilib.
Sistem inteqratoru kimi seçilən “Ultra” şirkəti layihənin reallaşdırılmasının texniki işlərini görəcək şirkət kimi seçilib.
“E-məktəb” layihəsinə qoşulan təhsil müəssisələrinin sayı 50-dir ki, onlardan da 49-u ümumtəhsil məktəbləridir.
Layihə Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan və İsmayıllıda yerləşən ümumtəhsil məktəblərində reallaşdırılır.
“E-gündəlik” layihəsi sosial xarakterli layihədir və respublikada təhsilin yaxşılaşdırılmasına yönəldilib.