Azərbaycanda Türkdilli ölkələrin ortaq tarix, coğrafiya və ədəbiyyat kitablarının hazırlanmasına dair qərar qəbul edilib

Posted by

Azərbaycanda Türkdilli ölkələrin ortaq tarix, coğrafiya və ədəbiyyat kitablarının hazırlanmasına dair qərar qəbul edilibAzərbaycanda Türkdilli ölkələrin ortaq tarix, coğrafiya və ədəbiyyat kitablarının hazırlanmasına dair qərar qəbul edilib

Azərbaycanda Türkdilli ölkələrin ortaq tarix, coğrafiya və ədəbiyyat kitablarının hazırlanmasına dair qərar qəbul edilib

Azərbaycanda ortaq Türk tarixi kitabının proqramı qəbul olunub.

 

APA-nın xəbərinə görə, Türkiyənin təhsil naziri Nabi Avcı keçirdiyi mətbuat konfransında deyib ki, qərar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə qəbul edilib.

 

Qərara əsasən, bu kitablar Türk Akademiyası tərəfindən hazırlanacaq. Kitabların proqramlarının hazırlanmasına başlanıldığını deyən N.Avcı qeyd edib ki, ilk olaraq tarix kitabının hazırlığı tamamlanıb: “İlk qərara əsasən, 1500-cü illərə qədər gələn ortaq tariximiz əvvəl seçməli, sonra məcburi şəkildə oxudulacaq. Eyni əməliyyat gələn ilin aprel ayına qədər coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq. Beləcə, uşaqlarımız ortaq tarix, coğrafiya və ədəbiyyatımızı birinci əldən tanıma fürsəti əldə edəcəklər”.

 

APA.az