Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,677 mln.-a çatıb

Posted by

Bu il martın 1-nə Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 1 676 885-ə çatıb.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, onların 1 656 397-si əhali, 20 488-i isə qeyri-əhali sektoruna aiddir.

Abonentlərin 711 487-i Bakı şəhəri (701 115 əhali, 10 372 qeyri-əhali abonenti), 965 398-i isə regionların (955 282 əhali, 10 116 qeyri-əhali abonenti) payına düşür. Təkcə bu ilin fevral ayı ərzində əhali sektoru üzrə 13 698 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 902-si Bakı, Abşeron və Sumqayıt, 8 796-sı isə regionlar üzrədir.

Apa.az