Azərbaycanda soyqırımı və əhalini məhv etməyə görə cəzaların müddəti 20 ilə qədər artırılır

Posted by

Azərbaycanda soyqırımı və əhalini məhv etmə ilə bağlı cinayətlərin cəzaları xeyli sərtləşdirilir, ciddi sanksiyalar tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 103 və 105-ci maddələrinə dəyişikliklər təklif edilir.

103-cü maddəyə (Soyqırımı) təklif edilən dəyişikliyə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni cəzalar 105-ci maddəyə (Əhalini məhv etmə) də tətbiq ediləcək. Bu maddəyə təklif olunan dəyişikliyə əsasən, soyqırımı əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə cinayətinə görə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Hər iki maddədə nəzərdə tutulan cəza hazırda 10 ildən 15 ilə qədərdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.

Apa.az