Azərbaycanda son 5 ildə yeni doğulan körpələrə ən az hansı adlar qoyulub?

Posted by

Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında azlıq təşkil edənlərin siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, son 5 ildə doğulan oğlan uşaqlarına ən az Ülvi adı verilib.

Bu ad son 5 ildə 1235 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanmayan digər adlar Süleyman (1247), Elvin (1315), Raul (1350) və Fuaddır (1365).

Ötən 5 il ərzində yeni dünyaya gələn qızlara ən az Ayla adı qoyulub.

Son 5 ildə 1297 nəfərə Ayla adı verilib. Qız adları arasında populyarlıq qazanmayan digər adlar isə Səbinə (1298), Aynur (1300), Gülər (1336), Əsma (1376) və Nazlıdır (1383).

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara daha çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad, Zəhra, Nuray, Fatimə, Zeynəb, Ayan və Aylin adları qoyulub.

Apa.az