Azərbaycanda SMS vasitəsilə hərbi xidmət yerini öyrənən çağırışçıların sayı açıqlandı

Posted by

Azərbaycanda SMS vasitəsilə hərbi xidmət yerini öyrənən çağırışçıların sayı açıqlandıAzərbaycanda SMS vasitəsilə hərbi xidmət yerini öyrənən çağırışçıların sayı açıqlandı

Azərbaycanda SMS vasitəsilə hərbi xidmət yerini öyrənən çağırışçıların sayı açıqlandı

Oktyabr ayındakı növbəti həqiqi hərbi xidmətə çağırış zamanı 12 mindən çox çağırışçı müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçəcəkləri barədə məlumatları qısa mesaj (SMS) vasitəsilə də öyrənə biliblər.

 

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Nurəddin Heydərov məlumat verib.

 

N.Heydərov deyib ki, bu ilin oktyabr ayından etibarən istifadəyə verilən yeni elektron xidmətə istifadəçilər böyük maraq göstərirlər. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesajla göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı rahat şəkildə əldə edirlər: “Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilirlər və bu xidmətə görə heç bir ödəniş etmək lazım gəlmir. Yalnız mobil operatorlar tərəfindən qısa mesaja görə hansısa kiçik məbləğ tutula bilər”.

 

Şöbənin baş zabitinin sözlərinə görə, hazırda göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması istiqamətində işlər aparılır. Bundan əlavə, SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin elektron hökumət portalına inteqrasiyası üçün işlər davam etdirilir.

 

Trend.az