Azərbaycanda saytı olmayan ali məktəblərin siyahısı açıqlanıb

Posted by

Azərbaycanda saytı olmayan ali məktəblərin siyahısı açıqlanıbAzərbaycanda saytı olmayan ali məktəblərin siyahısı açıqlanıb

Azərbaycanda saytı olmayan ali məktəblərin siyahısı açıqlanıb

Təhsil Nazirliyi veb resursu olmayan ali təhsil müəssisələrinin adlarını açıqlayıb.

 

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dövlət İdarəçilik Akademiyasında (ADİA) “Media və təhsil dialoqu” mövzusunda keçirilən konfransda çıxışı zamanı Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov bildirib ki, bu ali məktəblərin siyahısına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Asiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı İslam Universiteti daxildir.

 

Təhsil Nazirliyi əməkdaşı virtual aləmdə daha aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin də adlarını açıqlayıb. Belə ki, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti virtual aləmdə daha aktiv fəaliyyət göstərir.

 

Nazirlik əməkdaşı qeyd edib ki, təhsillə bağlı veb resursların edu.az domeni adı altında yayımlanması məqsədəuyğundur. Bu gün ali məktəblərin əksəriyyətinin veb saytı edu.az domeni ilə fəaliyyət göstərir. Təfəkkür və Xəzər universitetləri isə belə yayımlanmır.

 

 

Apa.az