Azərbaycanda rezidenturanı bitirən həkimlərin təyinatla iş yerlərinə göndərilməsinə başlanılır

Posted by

Azərbaycanda rezidenturanı bitirən həkimlərin təyinatla iş yerlərinə göndərilməsinə başlanılırAzərbaycanda rezidenturanı bitirən həkimlərin təyinatla iş yerlərinə göndərilməsinə başlanılır

Azərbaycanda rezidenturanı bitirən həkimlərin təyinatla iş yerlərinə göndərilməsinə başlanılır

Azərbaycanda ilk dəfə olaraq, rezidenturanı bitirən şəxslərin təyinatla iş yerlərinə göndərilməsi prosesinə başlanılır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi noyabrın 4-də nazirliyin binasında həyata keçiriləcək.

Onlar təyinat aldıqları iş yerlərində 3 il ərzində məcburi şəkildə işləyəcəklər.

Respublikada həkim catışmazlığı əsasən rayonlardakı tibb müəssisələrində müşahidə olunur. Buna görə də rezidenturanı bitirmiş şəxslər əsasən rayonlardakı vakant iş yerlərinə göndəriləcəklər.

Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilmişdi. Həmin vaxt təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqələndirilmişdi. Bu qərardan sonra məzunlar Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş vakant yerlərə işə qəbul olmaq üçün mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak edirlər.

 

Trend.az