Azərbaycanda pensiyaçıların 60 faizdən çoxu yaşa görə əmək pensiyası alanlardır

Posted by

Azərbaycanda pensiyaçıların 60 faizdən çoxu yaşa görə əmək pensiyası alanlardırAzərbaycanda pensiyaçıların 60 faizdən çoxu yaşa görə əmək pensiyası alanlardır

Azərbaycanda pensiyaçıların 60 faizdən çoxu yaşa görə əmək pensiyası alanlardır

Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bunu Fond Aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev deyib.

O bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2014-cü ilin 1 oktyabr tarixinə 1286,2 min nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9,1 min nəfər və ya 0,7 faiz artıb. Pensiyaçıların 782 581 nəfərini və ya 60,9%-ni yaşa görə, 363 181 nəfərini və ya 28,2%-ni əlilliyə görə, 140 425 nəfərini və ya 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

2014-cü ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil edib. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavab verir.

Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. imkanlar yaradır. Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.

Sonda DSMF-nin sektor müdiri Rüfət Oruclu Fondun elektron xidmətləri ilə bağlı təqdimatla çıxış edib.

 

Trend.az