Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb

Posted by

Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb

Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb

Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb

2014-2015-ci tədris ili üçün Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb. Trend-in məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq.Bu ixtisaslara qəbul yalnız özəl ali məktəblərdən 3-nə- Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib.

C.Valehov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planı bu ilki tədris ilinin qəbul planına nisbətən 12,9% artırılıb. Qiyabi təhsil forması üzrə qəbul planı isə 2 dəfədən çox azaldılıb. Özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. Qiyabi plan yerlərinin hesabına əyanı tələbə qəbulu planı artırılıb.növbəti tədri ili üçün təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişinə uyğun olaraq aparılacaq.

Nazirlik rəsmisi əlavə edib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Gələn il bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq.

 

Trend.az