Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin orta məktəblərdə təcrübə keçməsi məcburiləşəcək
Azərbaycanda gələcəkdə pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin orta məktəblərdə təcrübə keçməsi məcburi şəkildə tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Onun sözlərinə görə, müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır.
M.Cabbarov bildirib ki, hazırda Azərbaycan qanunvericiliyinə əsasən, bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulub.
Nazir bölgələrdə müəllim catışmazlığından xəbərdar olduğunu və bununla bağlı müvafiq tədbirlərin görüldüyünü də qeyd edib.
Trend.az