Azərbaycanda peşə təhsili sahəsi üzrə yeni dövlət proqramı hazırlanır

Posted by

Azərbaycanda peşə təhsili sahəsi üzrə yeni dövlət proqramı hazırlanırAzərbaycanda peşə təhsili sahəsi üzrə yeni dövlət proqramı hazırlanır

Azərbaycanda peşə təhsili sahəsi üzrə yeni dövlət proqramı hazırlanır

Azərbaycan Təhsil Nazirliyi peşə təhsili sahəsi üzrə yeni dövlət proqramının hazırlanması üzərində iş aparır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov “Turin prosesi” və Azərbaycanda milli ixtisas çərçivəsinin həyata keçirilməsinə dəstək” mövzusunda keçirilən seminarda deyib.

 

Onun sözlərinə görə, artıq proqramın hədəfləri müəyyən edilib və təhlillər aparılır: “Peşə təhsili sahəsinin inkişafı ilə bağlı 2007-2012-ci illər üzrə Dövlət Proqramı qəbul olunmuşdu. Bu dövlət proqramı artıq başa çatıb. Biz mövcud vəziyyəti təhlil edərək 2020-ci ilə kimi peşə təhsilinin inkişafı ilə bağlı yeni proqramın hazırlanması istiqamətində işimizi aparırıq. Bugünkü seminarın da əsas məqsədlərindən biri bu proqrama tövsiyələr verməkdir”.

 

F.Qurbanov deyib ki, hazırda Azərbaycanda peşə təhsili sahəsində islahatlar aparılır. Bu islahatlar idarəetmə strukturu, ixtisasların formalaşması və digər məsələləri nəzərdə tutur.

 

Trend.az