Azərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi

Posted by

Azərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildiAzərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi

Azərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi

Azərbaycanda vergidən yayınma hallarına son qoyulmalıdır. Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Rafael Cəbrayılov Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

 

Millət vəkili söyləyib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır: “Bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmuruq”.

 

O, qeyd edib ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında da var: “Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb”.

 

Trend/az