Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiq olunacağı küçə və prospektlər açıqlanıb

Posted by

Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiq olunacağı küçə və prospektlər açıqlanıb

Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiq olunacağı küçə və prospektlər açıqlanıb

Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiq olunacağı küçə və prospektlər açıqlanıb

Martın 1-dək Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) ilkin mərhələdə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov və Nizami rayonları üzrə tətbiqinə başlanılacaq.

 

APA-nın məlumatına görə, ÜRİS-in ilkin mərhələdə Heydər Əliyev prospekti, Əziz Əliyev küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Niyazi küçəsi, Yusif Səfərov küçəsi, Lermontov küçəsi, İstiqlaliyyət küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Parlament prospekti, Xaqani küçəsi, Nizami küçəsi, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, Rəsul Rza küçəsi, Tbilisi prospekti, Yusif Məmmədəliyev küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Səməd Vurğun küçəsi, 28 May küçəsi, İnşaatçılar prospekti, Tərlan Əliyarbəyov küçəsi, Hacı Zeynalabdin Tağıyev küçəsi, Məhəmməd Əmin Rəsulzadə küçəsi, Həzi Aslanov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Şeyx Şamil küçəsi, Cəfər Cabbarlı küçəsi, Ayna Sultanova küçəsi, Təbriz Xəlilbəyli küçəsi, İslam Səfərli küçəsi, Zivərbəy Əhmədbəyov küçəsi, Mirzə İbrahimov küçəsi, Əhməd Cəmil küçəsi, Hənifə Ələsgərov küçəsi, Təbriz küçəsi, Fuad İbrahimbəyov küçəsi, Məhəmməd Naxçıvani küçəsi, Sübhi Salayev küçəsi, İbrahim Əbilov küçəsi, Balababa Məcidov küçəsi, Afiyəddin Cəlilov küçəsi, Sabit Orucov küçəsi, Eldar Tağızadə küçəsi, Hüseynqulu Sarabski küçəsi, Xətai prospekti, Ağa Nemətulla küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Həsənoğlu küçəsi, Fətəlixan Xoyski küçəsi, Atatürk prospekti, Məmməd Araz küçəsi, Vaqif prospekti, Mərdəkan prospekti, Zuğulba prospekti, Səxavət Quliyev küçəsi və Universitet küçəsi üzrə tətbiq ediləcək.

 

Nazirlər Kabinetinin “Ünvan reyestri ilә inteqrasiya olunacaq digәr dövlәt orqanlarının informasiya sistemlәrinin dairәsi”nin tәsdiq edilmәsi barәdә 24 dekabr 2012-ci il tarixli, 318 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə dövlət orqanlarının malik olduqları informasiya sistemləri ÜRİS ilə inteqrasiya edilməlidir. Digər dövlət orqanları da yeni ünvan məlumatlarını öz informasiya sistemlərini ÜRİS-ə inteqrasiya etməklə əldə edə bilərlər.

 

Apa/az