Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər açıqlandı: strategiya hazırlanıb

Posted by

Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər açıqlandı: strategiya hazırlanıb

Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər açıqlandı: strategiya hazırlanıb

 

Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər açıqlandı: strategiya hazırlanıb

Azərbaycanda ilk dəfə olaraq, qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiya layihəsi hazırlanıb.

 

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan və hazırda müzakirə mərhələsində olan strategiya layihəsi 2020-ci ilə qədər olan dövrü əhatə edir.

 

Strategiya layihəsinin əsas məqsədi müvafiq qurumlarla birgə görülən tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına nail olmaqdır. Bununla yanaşı, strategiyanın əsas məqsədlərindən biri ölkədə qeyri-infeksion xəstəliklər səbəbindən vaxtından əvvəl baş verən ölüm hallarının 15 faiz azalmasına nail olmaqdır. Qeyri-infeksion xəstəliklər üzrə strateji idarəetmənin təkmilləşdirilməsi də yeni sənəddə qarşıya qoyulan məqsədlərdəndir.

 

Strategiya layihəsinə görə, səhiyyə sisteminin bütün sahələrində qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti ilə bağlı bərabərlik prinsipinə əsaslanan əlçatan, keyfiyyətli xidmətlərdən, o cümlədən səmərəliliyi sübut olunmuş skrininq proqramları, profilaktika, müalicə, reabilitasiya, palliativ qayğıdan istifadənin mümkünlüyünü təmin etməklə, əhalinin bu xidmətlərlə hərtərəfli əhatə olunması istiqamətində irəliləyişlərə nail olunacaq.

 

Strategiyaya əsasən, qeyri-infeksion xəstəliklərlə bağlı tədqiqat və təbliğat işləri aparılacaq, bu xəstəliklərin risk faktorlarının qarşısının alınması və nəzarəti üzrə informasiya sistemləri gücləndiriləcək.

 

Nazirlik hesab edir ki, risk faktorları – tütünçəkmə, spritli içkilərdən istifadə, fiziki aktivliyin, sağlam qidaların olmaması dəyişilə bilən faktorlardır. İnsanlar özləri bu faktorların qarşısını ala bilərlər. Bunların azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlər həyata keçirilə bilər. Nəzərdə tutulub ki, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün tədbirlər müvafiq qurumlarla birgə həyata keçirilsin, əsas maraqlı tərəflərin effektiv sektorlararası əməkdaşlığı yaradılsın.

 

Qeyd edək ki, bu strategiya layihəsi hazırlanmamışdan əvvəl Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılıb.

 

Məlum olub ki, ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağciyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.

 

Tədqiqatların nəticələrinə görə, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb. Artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.

 

Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.

 

Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir.

 

Trend.az