Azərbaycanda məşğulluğa kömək göstərən Əlaqələndirmə komitələri yaradılacaq

Posted by

Azərbaycanda məşğulluğa kömək göstərən Əlaqələndirmə komitələri yaradılacaq

Azərbaycanda məşğulluğa kömək göstərən Əlaqələndirmə komitələri yaradılacaqAzərbaycanda məşğulluğa kömək göstərən Əlaqələndirmə komitələri yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti orqanların rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış “Məşğulluğa kömək göstərən Respublika Əlaqələndirmə Komitəsinin yaradılması haqqında” qərar layihəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu barədə nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.
Məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanmasını təmin edəcəklər.
Qeyd edilən qurumlarda həmkarlar ittifaqı, işəgötürənlər birlikləri, müvafiq icra hakimiyyəti və əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklər təmsil olunacaqlar.