Azərbaycanda mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan qaçqın və məcburi köçkünlərin sayı açıqlanıb

Posted by

Azərbaycanda mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan qaçqın və məcburi köçkünlərin sayı açıqlanıbAzərbaycanda mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan qaçqın və məcburi köçkünlərin sayı açıqlanıb

Azərbaycanda mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan qaçqın və məcburi köçkünlərin sayı açıqlanıb

Azərbaycanda mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan qaçqın və məcburi köçkünlərin sayı açıqlanıb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilib, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülüb.

 

Bununla yanaşı, hələ də 370 mindən çox soydaşımız ağır şəraitdə yaşayır. Onların da doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.

 

Apa.az