Azərbaycanda məhkəməyədək qətimkan tədbiri qismində həbs müddəti dəyişdirilib

Posted by

Azərbaycanda məhkəməyədək qətimkan tədbiri qismində həbs müddəti dəyişdirilibAzərbaycanda məhkəməyədək qətimkan tədbiri qismində həbs müddəti dəyişdirilib

Azərbaycanda məhkəməyədək qətimkan tədbiri qismində həbs müddəti dəyişdirilib

Milli Məclisdə Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Həbsdə saxlama müddəti ilə bağlı dəyişikliyə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 ay həddində, az ağır cinayət törədilməsinə görə 3 ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 ay həddində müəyyən edə biləcək. Digər dəyişikliyə əsasən qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətinin nəzərə alınmaması ilə bağlı müddəa ləğv olunub. Beləliklə, cinayət işinin materialları ilə tanış olma müddəti də qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən nəzərə alınacaq.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

Apa.az