Azərbaycanda mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçmə qaydaları dəyişdirildi

Posted by

Azərbaycanda mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçmə qaydaları dəyişdirildiAzərbaycanda mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçmə qaydaları dəyişdirildi

Azərbaycanda mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçmə qaydaları dəyişdirildi

Azərbaycanda mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması qaydalarına dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilib.

Beləki, Əsasnaməyə yeni məzmunda 2.8-3-cü bənd əlavə edilib: “2.8-3. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir”.

Bundan əlavə əsasnaməyə yeni məzmunda məzmunda 4.2-1-ci bənd əlavə edilib: “4.2-1. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir”.

 

Trend.az