Azərbaycanda əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradıla bilər

Posted by

Azərbaycanda əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradıla bilərAzərbaycanda əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradıla bilər

Azərbaycanda əlillərin işləməsi üçün xüsusi müəssisələr yaradıla bilər

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin məşğulluğu ilə bağlı hazırda iki istiqamətdə işlər görür.

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

“Qanunvericiliklə müəssisələrdə işçilərin müəyyən hissəsinin sağlamlıq imkanları məhdud şəxslərin olması tələb olunur. Artıq bu sahədə nəzarətin artırılması barədə nazirlik Dövlət Əmək Müfəttişliyinə xüsusi göstəriş vermişik. Yaxın vaxtlarda bunun təsirli nəticələrini ictimaiyyət görəcək. Bütün bunlarla yanaşı, biz bu kvotanın artırılmasına nail olmaq istəyirik. Əmək qanunvericiliyi və “Məşğulluq haqqında” Qanuna dəyişiklərin edilməsi istiqamətində işlər aparırıq. Bundan başqa, hazırda qüvvədə olan qanunvericiliyin tələblərini pozan işəgötürənlərə qarşı tətbiq olunacaq cərimələrin artırılması təklif edəcəyik”, – deyə nazir bildirib.

 

Kvotanın artırılması ilə yanaşı, S. Müslümov əlillər üçün xüsusi müəssisələrin yaradılmasını təklif edir: “Bazar iqtisadiyyatında bu cür iş yerlərində istehsal olunan məhsulların bazarda satılma imkanları məhdud olur. Ona görə də, bu tip müəssisələrdə istehsal olunan məhsullar müəyyən rəqabət imkanlarına malik olmalıdır. Bu istiqamətdə də müəyyən tədbirlərin həyata keçirilməsi vacib olacaq”.

 

Nazir onu da bildirib ki, qurum hazırda sağlamlıq imkanları məhdud olan insanların işlə təmin olunması istiqamətində böyük işlər həyata keçirir.

 

Apa.az