Azərbaycanda əlilliyin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar keçiriləcək

Posted by

Azərbaycanda əlilliyin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar keçiriləcəkAzərbaycanda əlilliyin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar keçiriləcək

Azərbaycanda əlilliyin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar keçiriləcək

Dekabrın 15-16-da Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq təşkilatların nümayəndələri ilə birgə seminar keçiriləcək.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, ƏƏSMN tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması sahəsində aparılan işlərdə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqinə, bu sahədə mötəbər beynəlxalq qurumlarla məsləhətləşmələrin aparılmasına xüsusi önəm verilir. Keçiriləcək seminarın məqsədi də ölkəmizdə tətbiq olunan əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sistemini beynəlxalq təşkilatların mütəxəssisləri ilə birgə təhlil etmək, bu sahədə mütərəqqi dünya təcrübəsi ilə tanış olmaq və ondan istifadə imkanlarını nəzərdən keçirməkdir.

 

Seminar zamanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, habelə əlilliyi olan şəxslərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid prosesi ilə bağlı zəruri islahatlar müzakirə olunacaq. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Bankının əlillik və reabilitasiya üzrə mütəxəssislərinin, ölkəmizin aidiyyəti dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

Trend.az