Azərbaycanda əlilliyi olan şəxslərə dair yeni qanun layihəsi beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir

Posted by

Azərbaycanda əlilliyi olan şəxslərə dair yeni qanun layihəsi beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilirAzərbaycanda əlilliyi olan şəxslərə dair yeni qanun layihəsi beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir

Azərbaycanda əlilliyi olan şəxslərə dair yeni qanun layihəsi beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir

Avqustun 27-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) UNICEF-in nümayəndəsi ilə birgə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunduğunu qeyd edərək, Konvensiyanın icrası istiqamətində görülən işlərdən bəhs edib. Nazir müavini bildirib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin cari ilin aprelində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycanın bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi məmnunluqla qarşılanıb.

Eyni zamanda, ölkəmizdə hazırlanan və həmin Konvensiyanın prinsiplərini özündə əks etdirən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi BMT-nin qeyd olunan Komitəsinə təqdim olunub və Komitə tərəfindən layihəyə müsbət rəy verilib.

Hazırda layihə Komitənin bir sıra kiçik tövsiyələri əsasında daha da təkmilləşdirilir. ƏƏSMN sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası ilə bağlı iş sahələrində olduğu kimi, bu işlərdə də UNICEF-in Azərbaycan nümayəndəliyi ilə fəal əməkdaşlıq edir.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmisi Ramiz Behbudov ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı mili qanunvericiliyin ümumbəşəri dəyərlərə uyğunlaşdırılması sahəsində aparılan işləri yüksək dəyərləndirib. O, UNICEF-in bu sahədə aparılan işlərə daim dəstək vermək əzmində olduğunu vurğulayıb.

Görüşdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin təkmilləşdirilməsi işlərində BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin rəy və tövsiyələrinin nəzərə alınması vəziyyəti nəzərdən keçirilib, bu sahədə cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Trend.az