Azərbaycanda könüllülük hərəkatının inkişafı haqqında məlumat verilib

Posted by

Azərbaycanda könüllülük hərəkatının inkişafı haqqında məlumat verilibAzərbaycanda könüllülük hərəkatının inkişafı haqqında məlumat verilib

Azərbaycanda könüllülük hərəkatının inkişafı haqqında məlumat verilib

Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində reallaşdırılan Avropa Könüllülük Xidməti ilə bağlı Gürcüstanın Kobuleti şəhərində “Dostdan daha artıq” mövzusunda beynəlxalq tədbir təşkil olunub.

AzərTAc xəbər verir ki, təbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev təmsil edib.

Tədbir çərçivəsində Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, Polşa, Rusiya, Belçika və digər ölkələrdən olan iştirakçılar təmsil etdikləri dövlətlərdə könüllülük hərəkatının inkişafı haqqında məlumat veriblər.

Azərbaycanda böyük könüllülük hərəkatının artıq formalaşdığını qeyd edən ATGTİ-nin icraçı direktoru ölkəmizdə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi, futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatı və digər mühüm beynəlxalq tədbirlərdə könüllülük fəaliyyətindən geniş istifadə edildiyini bildirib.

Tədbirdə Ş.Gülverdiyevə Avropa Könüllülük Xidmətinin (EVS) mütəxəssisi olması haqqında sertifikat təqdim edilib.

 

AzərTac.az