Azərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına Keniyada su quyuları qazılacaq

Posted by

Azərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına Keniyada su quyuları qazılacaq

Azərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına Keniyada su quyuları qazılacaqAzərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına Keniyada su quyuları qazılacaq

Azərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına Somalidən olan qaçqınların kompakt yaşadığı Keniyada iki su quyusu qazılacaq.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən Trend-ə verilən məlumata görə, onların təşəbbüsü ilə bu il müqəddəs Ramazan ayında “Afrikadakı uşaqlara yardım əlini uzat!” xeyriyyə kampaniyasının yeni mərhələsinə start verilib. Kampaniyanın bu mərhələsinin əsas məqsədi susuzluq problemindən əziyyət çəkən Afrika ölkələrində su quyularının qazılması olub. Belə ki, bu ilin 10 iyul – 10 avqust tarixlərində Azərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına tezliklə Somalidən olan qaçqınların kompakt yaşadıqları Keniyada iki su quyusunun qazılmasına start veriləcək. Bu su quyuları susuzluqdan əziyyət çəkən minlərlə insanı uzun müddət su ilə təmin etməyə kömək edəcək.
DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən kampaniyanın birinci mərhələsi 2011-ci ilin Ramazan ayında baş tutub. “Somaliyə yardım əlini uzat!” şüarı ilə keçirilən bu humanitar kampaniya çərçivəsində kütləvi aclıq çəkən somalililər üçün 80 min dollardan çox maliyyə vəsaiti toplanıb və bu yardım öz hesabına Somaliyə gedən könüllülər tərəfindən 6000-dən artıq insana (1200 ailəyə) ərzaq şəklində paylanılıb.