Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın payız sessiyasında müzakirə olunacaq

Posted by

Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın payız sessiyasında müzakirə olunacaq

Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın payız sessiyasında müzakirə olunacaqAzərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın payız sessiyasında müzakirə olunacaq

Azərbaycanda keçiriləcək prezident seçkilərinin ardınca baş tutacaq ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası çərçivəsində Daimi komitənin iclasında seçkilərlə bağlı məlumatlar təqdim olunacaq.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

B. Muradova qeyd edib ki, oktyabrın 13-14-də keçiriləcək sessiyadan sonra Azərbaycanda seçkiləri izləyən ATƏT PA müşahidə missiyasının rəhbəri seçki haqqında Daimi komitənin iclasında məlumat verəcək: “Hesabatlar bir qayda olaraq seçkidən sonra açıqlanır və müzakirəyə çıxarılır. ATƏT PA sessiyası çərçivəsində də belə müzakirələr olacaq”.

Qeyd edək ki, fransalı deputat Mişel Vuasinin rəhbərlik edəcəyi ATƏT-in PA müşahidəçi missiyası seçkiöncəsi və seçkilər günü Azərbaycana səfər edəcək.