Azərbaycanda küçə adları, reklamları, lövhələr və afişalarla bağlı monitorinqin birinci mərhələsi ilin sonuna kimi yekunlaşacaq

Posted by

Azərbaycanda küçə adları, reklamları, lövhələr və afişalarla bağlı monitorinqin birinci mərhələsi ilin sonuna kimi yekunlaşacaqAzərbaycanda küçə adları, reklamları, lövhələr və afişalarla bağlı monitorinqin birinci mərhələsi ilin sonuna kimi yekunlaşacaq

Azərbaycanda küçə adları, reklamları, lövhələr və afişalarla bağlı monitorinqin birinci mərhələsi ilin sonuna kimi yekunlaşacaq

Azərbaycanda küçə reklamları və adları, lövhələr, afişalarla bağlı aparılan monitorinqin birinci mərhələsi bu ilin sonuna kimi yekunlaşacaq. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, hazırda Bakı şəhərinin 3 rayonu -Nəsimi, Səbail və Nərimanov, bölgələrdən isə Şamaxı və Bərdə rayonlarında monitorinq aparılır. Onun sözlərinə görə, məqsəd hazırda küçə adlarında, reklamlarda, afişalarda, məlumat lövhələrində Azərbaycan dilinin işlənməsi vəziyyətinin real mənzərəsini üzə çıxarmaqdır. Monitorinq yekunlaşdıqdan sonra müvafiq qurumlara təkliflər veriləcək.

 

Q. Məhərrəmli qeyd edib ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin imkanları, o cümlədən maliyyə, texniki imkanları yüksək deyil: “Monitorinqlərin keçirilməsində, xüsusən texniki təchizat məsələlərində problemlər var. Amma yerli təşkilatlar bu məsələdə kömək edirlər. Ərazi nümayəndələri bu işdə fəal iştirak edirlər və proseslərə könüllülər cəlb edilib. Bu sahədə bizim monitorinqlər davam edəcək”.

 

Apa.az