Azərbaycanda işsizliyin səviyyəsi kişilər arasında 4,5%, qadınlarda isə 6,4% təşkil edir

Posted by

Azərbaycanda əhalinin iqtisadi fəallığı, məşğulluğun səviyyəsi kənd yerlərində şəhər yerlərinə nisbətən yüksəkdir, işsizliyin səviyyəsi isə aşağıdır. Bu fərq kişi və qadınlar arasında da baş verir. İqtisadi fəallıq kişilər arasında daha çox müşahidə olunur. İşsizliyin səviyyəsi kişilər arasında 4,5%, qadınlarda isə 6,4% təşkil edir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

2013-cü ildə məşğulluq xidməti orqanlarına müraciət etmiş 46 667 nəfərdən 29 390 nəfər münasib işlə təmin olunub. 2969 nəfərə qanuna müvafiq qaydada işsiz statusu verilib, 3200 nəfərə işsizlik müavinəti təyin edilib, 1492 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. İl ərzində məşğulluq xidməti orqanları tərəfindən 4329 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Kursu bitirənlərin 60%-i qısa müddət ərzində öz məşğulluqlarını təmin ediliblər.

Ötən il respublikanın 56 şəhər və rayonlarında keçirilmiş əmək yarmarkalarında 2185 müəssisə tərəfindən 18 997 boş (vakant) iş yerləri təqdim olunub və burada 5181 nəfər münasib işlə təmin olunub, 469 nəfər peşə hazırlığı kurslarına, 319 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Apa.az