Azərbaycanda heyvandarlığın inkişaf strategiyası hazırlanıb

Posted by

Azərbaycanda heyvandarlığın inkişaf strategiyası hazırlanıb

Azərbaycanda heyvandarlığın inkişaf strategiyası hazırlanıb

Azərbaycanda heyvandarlığın inkişaf strategiyası hazırlanıb

Azərbaycanda kənd təsərrüfatının heyvandarlıq sektorunun inkişaf strategiyasının layihəsi hazırlanıb.

 

Sənədin hazırlanmasında Azərbaycan tərəfi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) köməyindən yararlanıb. Bu barədə «APA-Economics»ə qurumun Azərbaycandakı nümayəndəsi Təranə Bəşirova məlumat verib.

 

Sənəd heyvan kəsim yerlərinin infrastrukturunun yaxşılaşdırılması, damazlıq işinin təşkili, heyvanların istehsal, damazlıq işi, süni mayalanma işinin düzgün təşkil edilməsi, heyvanların genetik ehtiyatlarının qorunması, yüksək keyfiyyətli cinslərin yetişdirilməsi, bu sahədə dövlət siyasəti və heyvandarlığı əhatə edən ümumi aspektlər əksini tapıb.

 

T.Bəşirovanın sözlərinə görə, strategiyanın layihəsi baxılmaq üçün artıq ölkə hökumətinə təqdim olunub.

 

Apa.az