Azərbaycanda əhalinin gəlirləri 5% artıb

Posted by

Azərbaycanda əhalinin gəlirləri 5% artıbAzərbaycanda əhalinin gəlirləri 5% artıb

Azərbaycanda əhalinin gəlirləri 5% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1% artaraq 24,0 mlrd. manata çatıb.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4% bəndi üstələyərək 3,8% olub.

 

Bu dövr ərzində gəlirlərin 70,2%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

 

Əhalinin sərəncamında qalan gəlir 21,8 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.

 

Apa.az