Azərbaycanda elektron imza alanların sayı 26 mini ötüb

Posted by

Azərbaycanda elektron imza alanların sayı 26 mini ötübAzərbaycanda elektron imza alanların sayı 26 mini ötüb

Azərbaycanda elektron imza alanların sayı 26 mini ötüb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə oktyabrın 30-u tarixinə olan statistik məlumatı açıqlayıb.

 

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, ölkə üzrə əldə olunan elektron imza sertifikatları 26 027 ədəd təşkil edib.

 

“Artıq dövlət qurumlarına 15 966 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4207-yə çatıb. Vətəndaşlar isə 5854 sertifikat əldə ediblər”-deyə, məlumatda bildirilir.

 

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

 

Apa.az