Azərbaycanda doktoranturaya qəbul imtahanları başa çatıb

Posted by

Azərbaycanda doktoranturaya qəbul imtahanları başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları başa çatıb.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva APA-ya açıqlamasında deyib ki, hazırda ayrı-ayrı institutlardan bölmələr üzrə məlumatlar müvafiq şöbəyə təqdim olunur və araşdırma aparılır. Onun sözlərinə görə, AMEA sistemi üzrə doktoranturaya və dissertanturaya keçirilən qəbul imtahanları ilə bağlı yekun nəticələr gələn həftə açıqlanacaq.

 

Bu il doktoranturaya sənədlər sentyabr ayının 30-dək qəbul edilib. Qəbul imtahanları cari ilin oktyabr ayında keçirilib. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları veriblər.

 

APA.az