Azərbaycanda dəmir yolu keçidlərinin yenidən qurulmasına başlanılır

Posted by

Ölkədə qatar yollarında baş verən qəzalara səbəb daha çox dəmir yolu ilə avtomobil yolunun kəsişməsində olan keçidlərdə vaqonların və avtomobillərin toqquşmasıdır. Bu da çox vaxt qorunmayan keçidlərdə baş verir. APA-nın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov deyib:

“Dövlət Proqramı çərçivəsində ilk növbədə Bakıdan Böyük Kəsik stansiyasına qədər olan dəmir yolu keçidlərinin yenidən qurulmasını planlaşdırılır. Bu istiqamətdə 86-ya yaxın belə dəmir yolu keçidi var. Keçidlər avtomobillərlə qatarların toqquşmaması üçün yenidən qurulacaq”.

Bu günlərdə Xaçmazda dəmir yolu ilə avtomobil yolunun kəsişməsində avtomobillə qatarın toqquşmasına aydınlıq gətirən Qurban Nəzirov deyib ki, baş verən hadisədə dəmir yolunun heç bir günahı yoxdur: “Avtomobil vasitələrinin sürücüləri daha diqqətli olsaydı, belə bir hadisə baş verməzdi. Dəmir yolunda olan işarələrdən daha dəqiq və düzgün istifadə edilməlidi. Əks halda isə görülən tədbirlər nəticəsiz qalır”.

Apa.az