Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilib

Posted by

Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilibAzərbaycanda dini icmalara maliyyə yardımı göstərilib

Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilib

Prezident İlham Əliyev Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

Trend.az