Azərbaycanda bütün ixtisaslar üzrə bakalavrların təhsil proqramlarının dəyişdirilməsinə başlanılıb

Posted by

Azərbaycanda bütün ixtisaslar üzrə bakalavrların təhsil proqramlarının dəyişdirilməsinə başlanılıb

Azərbaycanda bütün ixtisaslar üzrə bakalavrların təhsil proqramlarının dəyişdirilməsinə başlanılıbAzərbaycanda bütün ixtisaslar üzrə bakalavrların təhsil proqramlarının dəyişdirilməsinə başlanılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində bütün ixtisaslar üzrə təhsil proqramları yenilənəcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na müvafiq olaraq, 2009-cu ildə bakalavriat səviyyəsi üzrə bütün ixtisasların təhsil proqramları təsdiqlənib. Ancaq həmin vaxtdan 5 il keçdiyindən proqramların yeniləşdirilməsinə ehtiyac yaranıb. Bununla əlaqədar olaraq, mütəxəssislər tərəfindən bakalavriat səviyyəsindəki bütün ixtisaslar, o cümlədən pedaqoji ixtisaslar üzrə yeni təhsil proqramları hazırlanır. Həmin proqramlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanacaq.
Ancaq bakalavriat səviyyəsindən fərqli olaraq, magistratura üzrə ixtisasların təhsil proqramlarının dəyişdirilməsinə ehtiyac yoxdur: “Təhsil Nazirliyinin 1463 nömrəli 31 avqust 2012-ci il tarixli əmri ilə magistratura səviyyəsinin bütün ixtisasları üzə təhsil proqramları təsdiq edilib. Onların yenidən hazırlanmasına və ya təkmilləşdirilməsinə lüzum yoxdur”.