Azərbaycanda bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb

Posted by

Azərbaycanda bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıbAzərbaycanda bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb

Azərbaycanda bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri zamanı 15 035 bələdiyyə üzvü seçiləcək.

 

Qeyd edək ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilib. Ancaq ötən dövr ərzində bələdiyyələrin birləşməsi prosesi nəticəsində bələdiyyələrin sayı 1718-dən 1607-ə enib. Buna müvafiq olaraq bələdiyyə üzvlərinin də sayı azalıb.

 

Apa.az