Azərbaycanda bələdiyyə seçkilərində 8 partiya, 30 partiya üzvü iştirak edəcək

Posted by

Azərbaycanda bələdiyyə seçkilərində 8 partiya, 30 partiya üzvü iştirak edəcəkAzərbaycanda bələdiyyə seçkilərində 8 partiya, 30 partiya üzvü iştirak edəcək

Azərbaycanda bələdiyyə seçkilərində 8 partiya, 30 partiya üzvü iştirak edəcək

“İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyəyə namizədliyini irəli sürülən 39 917 nəfərə imza vərəqələri verilib. 37 564 nəfər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, 22 noyabr saat 18:00-a qədlər imza vərəqələrini qaytarıblar”.

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

 

Namizədlərin qeydə alınması prosesinin 29 noyabr tarixində başa çatacağını xatırladan M.Pənahov deyib ki, indiyədək 59 nəfər namizədlikdən imtina edib, 36 770 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir. Seçkilərdə 8 siyasi partiya namizədlərini irəli sürüb. Fərdi qayda namizədliklərini irəli sürən partiya üzvlərinin sayı nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərində namizəddirlər. MSK sədri qeyd edib ki, namizədlərin 60 faizi ali təhsilli, 0,3 faizi natamam ali təhsilli, 10,5 faizi orta ixtisas, qalanları orta təhsillidir.

 

MSK sədri ötən seçkilərdə seçilən bələdiyyə üzvlərinin 26 faizinin qadın olduğunu xatırladıb və qadınlara bələdiyyə seçkilərində uğurlu nəticə arzu edib. O, bələdiyyə seçkilərində veb kamera qoyulan seçki məntəqələrin bütün Azərbaycan coğrafiyasını əhatə etməyə çalışacaqlarını da qeyd edib.

 

APA.az