Azərbaycanda Avropa Oyunları zamanı lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək

Posted by

Azərbaycanda Avropa Oyunları zamanı lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək

Azərbaycanda Avropa Oyunları zamanı lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək

Azərbaycanda Avropa Oyunları zamanı lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək

2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının keçirildiyi dövrdə lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm Əbülfəs Qarayev bildirib.

Nazir deyib: “Ölkənin Fövqəladə Hallar Nazirliyi ilə birlikdə biz müntəzəm olaraq monitorinqlər keçiririk. Monitorinqlər zamanı hotellərdə göstərilən xidmətlərin standartlara uyğunluğu, eləcə də onlar tərəfindən bütün zəruri normalara, o cümlədən təhlükəsizliyə riayət olunması səviyyəsi yoxlanılır. Yol verilən pozuntulara görə mehmanxana sahibləri qanuna uyğun olaraq cəzalandırıla bilərlər və cəzalandırılacaqlar, belə hotellərin lisenziyaları isə geri alınacaq”.

Onun sözlərinə görə, Azərbaycanda mehmanxana infrastrukturu inkişaf etməkdədir: “Ölkədə “beşulduzlu” hotellərin, mehmanxana komplekslərinin inşası davam edir. Eyni zamanda, bizə hostellər şəbəkəsinin yaradılmasına dair iki təklif daxil olub. Lakin hesab edirəm ki, Azərbaycanda turizm infrastrukturu hələlik çox ucuz dincəlmək variantları axtaran istirahət edənlərin bu qədər böyük kütləsini qəbul etməyə hazır deyil. Hətta yerli turistlər istirahət yeri axtararkən mehmanxanalarda yaradılan şəraitə, sanitar normalara, qidalanmaya və s. tələbkardırlar. Hostellərdə bütün bu şərtlərə əməl olunması sualdır. Ona görə də nazirlik belə layihələrin reallaşdırılması əleyhinə və lehinə çıxış etməsə də, onlara prioritet kimi də baxmır”.

 

Trend.az