Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanıb

Posted by

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanıb

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanıb

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanıb.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistratura səviyyəsinə internet vasitəsilə ixtisaslaşma seçimi aparılır.

 

İxtisaslaşma seçimində 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edə bilərlər. Bakalavrlar “Bakalavrın elektron ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər. Eyni ixtisaslaşma kodu iki dəfə daxil edilə bilər. Lakin bu halda kodların qarşısındakı qeydlər (dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdır. İxtisaslaşma kodlarının sayını və ardıcıllığını bakalavr özü müəyyənləşdirir. Seçilmiş ixtisaslaşma kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

 

Qeyd edək ki, bakalavrın seçdiyi magistr ixtisaslaşmaları onun imtahan verdiyi qəbul proqramına aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalı, ixtisaslaşma kodları elan olunmuş ixtisaslaşmalar siyahısından seçilməli, Azərbaycan bölməsinin bakalavrları Azərbaycan, rus bölməsinin bakalavrları isə rus bölməsinə aid olan ixtisaslaşmaların kodlarını seçməlidirlər aşağıdakı tələbləri ödəməlidir. Müsabiqəyə yalnız müəyyən edilmiş müddət ərzində “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

 

Apa.az