Azərbaycanda 90 günə qədər ezamiyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi almadan çalışacağı sahələr müəyyənləşib

Posted by

Azərbaycanda 90 günə qədər ezamiyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi almadan çalışacağı sahələr müəyyənləşibAzərbaycanda 90 günə qədər ezamiyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi almadan çalışacağı sahələr müəyyənləşib

Azərbaycanda 90 günə qədər ezamiyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi almadan çalışacağı sahələr müəyyənləşib

Nazirlər Kabineti “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, siyahıda 8 fəaliyyət sahəsi yer alıb.

 

İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycanda ezamiyyətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən mədənçıxarma və emal sənayelərində, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, informasiya və rabitə, maliyyə və sığorta, təhsil, nəqliyyat və su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində çalışmaq üçün iş icazəsinin alınması tələb olunmayacaq.

 

Apa/az